Kərbəla şəhidləri - Abis ibn Əbu Şəbib

Kərbəla şəhidləri - Abis ibn Əbu Şəbib

“Həmdan” qəbiləsinin “Bəni-Şakir” qolundan olan Abis İmam Əliyə (ə) ixlas və vəfadarlığında dillər əzbəri idi. O, tarixdə abid, qəbilə başçısı, xətib və şiə ravisi kimi də qeyd olunur.
 
O, Aşura günü Siffeyn döyüşündə aldığı alın yarasının izləri göründüyü halda döyüşə yollanır.
 
Tarixdə göstərilir ki, İmam Hüseynin (ə) səfiri Hz. Müslim ibn Əqil Kufəyə daxil olduğu zaman Abis onu himayə edir və Hz. Müslim onu Kufə əhalisinin vəziyyəti haqda İmam Hüseynə (ə) məlumat vermək üçün Məkkəyə göndərir. O, Məkkəyə yola düşərkən öz xidmətçisi Şovzəbi də özü ilə aparır və Şovzəb də Aşura günü şəhadətə yetir.
 
Abis Aşura günü qəhrəmancasına döyüşüb şəhadətə çatır və başı bədənindən ayrılıb, İmam Hüseynə (ə) tərəf atılır. Allahın salamı olsun Abisə!
 
Maide.Az- Maarif bölümü 
 

Google+ WhatsApp ok.ru