Qusarda şəhid Çingiz Qurbanovun dəfn mərasimi keçirilir

Qusarda şəhid Çingiz Qurbanovun dəfn mərasimi keçirilir

Qusar şəhərindəki Şəhidlər Xiyabanında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanovun dəfn mərasimi keçirilir.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Mərasimdə izdiham yaşanıb.
 
 
 
 

Google+ WhatsApp ok.ru