Qusarda bir nəfər özünü yandıraraq intihar edib

Qusar rayonunda intihar faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ukur kəndində qeydə alınıb.
 
1967-ci il təvəllüdlü Şıxbabayev Çingiz Şıxrəhim oğlu üzərinə benzin tökərək özünü yandırıb. Onu xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır./
 

 

Google+ WhatsApp ok.ru