'Qızıl buts' mükafatı Levandovskiyə təqdim olunub

'Qızıl buts' mükafatı Levandovskiyə təqdim olunub

Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovskiyə "Qızıl buts" mükafatı təqdim olunub.
 
Maide.Az "Report"a istinadla xəbər verir ki,  33 yaşlı hücumçu 2020/2021 mövsümündə Bundesliqada 42 qola imza atıb.
 
Təcrübəli forvard İspaniya "Barselona"sından Fransa PSJ-sinə keçən Lionel Messini (30 qol) və İtaliya "Yuventus"unu İngiltərə "Mançester Yunayted"inə dəyişən Kriştianu Ronaldunu (29 qol) geridə qoyub.
 
Qeyd edək ki, Robert Levandovski "Bavariya"da 2014-cü ildən forma geyinir. "Qızıl buts" mükafatı Avropa liqalarında ən çox qol vurmuş futbolçuya verilir.
 

Google+ WhatsApp ok.ru