Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günlər

Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günlər

Maide.Az Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günləri təqdim edir: 
 
9 noyabr – 1 Rəbiül-əvvəl - “Leylətul-məbit hadisəsi” - İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrəti.
 
11 noyabr – 3 Rəbiül-əvvəl - Kəbənin Müaviyə oğlu Yezid tərəfindən yandırılması.
 
13 noyabr – 5 Rəbiül-əvvəl - İmam Hüseynin (ə) qızı xanım Səkinənin (s.ə) vəfatı.
 
16 noyabr – 8 Rəbiül-əvvəl - İmam Həsən Əskərinin (ə) şəhadəti.
 
17 noyabr – 9 Rəbiül-əvvəl - On ikinci imamımız həzrət Sahibəz-Zamanın (ə.c) imamətinin başlanğıc günü.
 
18 noyabr - 10 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) xanım Xədicə ilə evliliyi.
 
20 noyabr – 12 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (əhli-sünnə mənbələrinə əsasən) – Vəhdət həftəsinin başlanması.
 
23 noyabr - 15 Rəbiül-əvvəl - İslamın ilk məscidi olan Qoba məscidi tikilib.
 
25 noyabr – 17 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (şiə mənbələrinə əsasən).
 
25 noyabr – 17 Rəbiül-əvvəl - İmam Sadiqin (ə) mövludu.
 
26 noyabr – 18 Rəbiül-əvvəl - Mədinədə Məscidun-Nəbiyy tikilib.
 

Google+ WhatsApp ok.ru