Ürək xəstəliklərindən qorunmağın səmərəli üsulu açıqlanıb

Ürək xəstəliklərindən qorunmağın səmərəli üsulu açıqlanıb

İspaniyanın Rovira i Virgili Universiteti ilə ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri ürək xəstəliklərindən qorunmağın səmərəli üsulunu açıqlayıb.
 
Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, alimlər müəyyən edib ki, balıqda və qida əlavələrində omeqa-3 və doymamış yağ turşuları ürək-damar xəstəlikləri riskini azaldır. Bu turşuların faydalı xassələri sayəsində ürək əzələsini möhkəmləndirmək olar.
 
Tədqiqatda 26 mindən çox qadın iştirak edib. Həmin şəxslərin orta yaşı 53-ə bərabər olub.
 
Məlum olub ki, balıq və omeqa-3 tərkibli qida əlavələrinin daha çox qidada istifadə olunması tərkibində triqliserid və xolesterin olan lipoproteinlərin azalmasına səbəb olur.
 

Google+ WhatsApp ok.ru