Rəsmi hesabat: istehsal da düşüb, sərmayə də

Rəsmi hesabat: istehsal da düşüb, sərmayə də

Dövlət Statistika Komitəsi yeni hesabatlar yayıb.
 
Novator.az-ın məlumatına görə, 2020-ci ilin yanvar-iyun aylarında ölkədə 33 milyard 803,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunduğu bildirilir.
 
Hesabata əsasən, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz, neft-qaz sektorunda 2,9 faiz azalıb, əhalinin hər nəfərinə düşən ÜDM 3393,7 manata bərabər olub.
 
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların 18,4 milyard manatlıq və ya 2019-cu ilin ilk yarısına nəzərən 1,5 faiz az sənaye məhsulu istehsal etdiyi, qeyri neft-qaz sektorunda məhsul istehsalının 11,2 faiz artdığı vurğulanır.
 
Başqa bir hesabata görə, yanvar-iyun aylarında əsas kapitala 5 milyard 956,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az vəsait yönəldilib, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 17,5 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,5 faiz azalıb.
 

Google+ WhatsApp ok.ru