Səd Həririnin istefasından sonra Livanda etirazlar - FOTO

Səd Həririnin istefasından sonra Livanda etirazlar - FOTO

Livanda baş nazirin istefasından sonra ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirilib. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, hökuməti təşkil etmək üçün vəzifələndirilmiş  baş nazir Səd əl-Həririnin istefasından sonra Livanın müxtəlif şəhər və rayonlarında xüsusi ilə payxtaxt Beyrutda  aksiyalar və etirazlar  keçirilib. 
 
Aksiya iştirakçıları yolları bağlayıb. Onlar ölkədə hökm sürən pis yaşayış səviyyəsinə etiraz edirlər. 
 
Bildirilir ki, etirazçılar və təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.
 
Qeyd edək ki, Livanın müvəqqəti Baş Naziri Səd əl-Həriri ötən gecə ölkə prezidenti Mişel Aunla görüşdükdən sonra istefa verib. 
 
O, tutduğu vəzifədən istefa verdikdən sonra bildirib ki, "Mən prezidentlə görüşdüm və hökumətin qurulması ilə bağlı məsləhətləşmələr apardıq və Mişel Aoun kabinet tərkibində köklü islahatlara çağırdı. Bir-birimizlə razılaşa bilməyəcəyimiz qənaətindəyəm”.
 
 
 

Google+ WhatsApp ok.ru