Rəsmi Səna ABŞ -ın Yəmənlə bağlı aldadıcı mövqeyini tənqid etdi 29 İyul 2021 15:46 Yəmən ABŞ tamamilə təcavüzkar koalisiyanın yanındadır və koalisiya qüvvələri meydanda məğlub olduqları zaman rəsmi Vaşinqton mövqeyini dəyişir və atəşkəsə səsləyir. Maide.Az xəbər verir ki, bunu Yəmənin ƏNSARULLAH Hərəkatının sözçüsü və Yəmən Milli Qurtuluş Hökumətinin milli danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüssəlam ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsinin Məaribdə atəşkəslə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib. “ABŞ-ın təcavüzkar koalisiyaya dəstək üçün mövqe dəyişməsi sübut edir ki, bu ölkə pərdə arxasında Yəmənə olan təcavüz və mühasirənin arxasındadır. Koalisiya qüvvələri meydanda məğlub olduqları zaman rəsmi Vaşinqton mövqeyini dəyişir və atəşkəsə səsləyir.” Qeyd edək ki, ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Linderkinq ötən gün Səudiyyə Ərəbistana səfər edib və bu ölkənin rəsmiləri ilə danışıqlar aparıb. ABŞ Dövlət Departamenti ötən gün Yəmən Milli Qurtuluş Hökumətininə qarşı itithamlar irəli sürüb və Məaribdə atəşkəsin əldə olunması üçün yeni təklif təqdim edib. Belə ki, ABŞ Dövlət Departamenti Məraibdə hərbi əməliyyatların dayandırılası qarşılığında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənin mühasirəsini dayandırmağa çalışacağını bildirib. Teqlər : #Rəsmi,#Səna,#ABŞ,#ın,#Yəmənlə,#bağlı,#aldadıcı,#mövqeyini,#tənqid,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanı rejimi yenə də atəşkəsi pozdu: Yəmənin Məarib bölgəsini bomabaladı Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'