Rabitə və informasiya xidmətlərinin təxminən 90 faizi Bakı şəhərinin payına düşür

Rabitə və informasiya xidmətlərinin təxminən 90 faizi Bakı şəhərinin payına düşür

Bu ilin birinci yarısında rabitə və informasiya müəssisələri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,5% çox olan 1 milyard 43,2 milyon manatlıq xidmət göstərib, deyə Azərbaycan Dövlət Statistika Komitəsindən Turan-a bildiriblər.
 
Rəsmi məlumatlara görə, əhaliyə və müəssisələrə göstərilən rabitə və informasiya xidmətlərinin təqribən 90%-i (936 milyon manat) Bakı şəhərinin payına düşür. Bakıda rabitə və informasiya xidmətlərindən istifadə il ərzində 3,5% artıb.
 
Rabitə və informasiya xidmətlərinin istehlakına görə ölkənin ikinci ən böyük bölgəsi Sumqayıt şəhəridir - 43 milyon manat (22,5%). Müqayisə üçün qeyd edirik ki, əhalisi və sənaye potensialına görə ölkənin ikinci böyük bölgəsi olan Gəncə şəhərində bu göstərici 3 milyon manatdan (+ 14,4%) bir qədər çox olub.  

Google+ WhatsApp ok.ru