Raket hücumuna cavabdeh general: ABŞ-ın 8 ədəd ‘MQ-9 Reaper’ pilotsuz təyyarəsinə nəzarəti ələ keçirtdik və ...

Raket hücumuna cavabdeh general: ABŞ-ın 8 ədəd ‘MQ-9 Reaper’ pilotsuz təyyarəsinə nəzarəti ələ keçirtdik və ...

İran İslam Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin general-mayoru Əmir Əli Hacızadə ABŞ hərbi bazalarına raket hücumlarını həyata keçirilməsi ilə bağlı danışıb.
 
Maide.Az "tasnimnews"a istinadla xəbər verir ki, general-mayor hədəflərinin ABŞ hərbçiləri deyil, hərbi texnikası olduğunu bildirib.
 
O qeyd edib ki, ABŞ hərbi bazalarına hücum regionda baş verən hadisələrdə yeni tarix açdı. O vurğulayıb ki, bu raket hücumları Hacı Qasim Süleymaninin qətlinin əvəzi deyil, sadəcə proseslərin başlanğıcıdır:
 
"Bu əməliyyat zamanı biz düşmənin cavab hücumuna demək olar ki, əmin idik və müxtəlif ssenarilərə hazırlaşmışdıq. Hətta genişmiqyaslı hərbi əməliyyatları da nəzərə almışdıq. Bizim müxtəlif hərbi bölmələrimiz növbəti mərhələyə keçməyə hazır idi".
 
O deyib ki, ABŞ bazaları 13 raketlə vurulub:
 
"Bir neçə yüz raketi isə cavab üçün hazırlamışdıq. Fikrimizcə 2-3 gün bu qarşıdurma davam edəcəkdi. Əlbəttə uzansaydı, daha çox raket istifadə edəcəkdik. Məhv etdiyimiz hərbi texnika və obyektləri nəzərə alaraq bu hücumun tələfatsız olmadığını bildirirəm. Əgər cavab verilsəydi, 3-5 min əlavə əsgər məhv edəcəkdik. Çünki bizim üçün artıq qırmızı xətt qalmırdı".
 
O həmçinin qeyd edib ki, şəhid Süleymaninin qətlindən dərhal sonra bu cinayətdə şərik olan hərbi bazalar müəyyənləşib:
 
"Qasim Süleymaninin terror edilməsində İraqdakı Taci və Əyn əl-Əsəd, İordaniyadakı Şəhid Müəffər və Küveytdəki Əli əl-Salim bazaları birlikdə fəaliyyət göstəriblər. Biz əvvəlcə Taci bazasını vuracaqdıq. Amma sonra Əyn əl-Əsədin üzərində dayandıq. Taci bazası Bağdad və Kazimeynə yaxın olduğu üçün partlayışların yerli camaatda vəhşət yaradacağını düşünərək təqribən 170 km Bağdaddan uzaq bazanı seçdik. Bu bazanın seçilməsində əsas məqsəd dronları, vertolyotları, anqarları vurmaq idi ki, bunu edə bildik. Əyn əl-Əsəddə hərbçilərin yerləşdiyi yerləri vurmadıq. Çünki biz amerikalılar kimi cinayətkar deyilik. Amma dediyim kimi bu hücum düşmən üçün tələfatsız ötüşməyib. 9 təyyarə yaralı və ölənləri İsrail və İordaniyaya daşıyıb. Bəzi yaralılar isə ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığındakı xəstəxanaya yerlışdirilib".
 
H.Hacizadə deyib ki, ikinci dünya müharibəsindən sonra hansısa dövlət ABŞ-a tərəf bir güllə belə atmayıb. 
 
Ə.Hacizadə  bildirib ki, "Şəhid Süleymani" əməliyyatdan dərhal sonra ilk dəfə olaraq İran  ABŞ-la elektron müharibə  çərçivəsində önəmli bir əməliyyat həyata keçirib:
 
"Belə ki, raket əməliyyatından 15 dəqiqə sonra elektron müharibə çərçivəsində Eyn əl-Əsəd bölgəsində uçan və ABŞ-a məxsus bütün pilotsuz təyyarələri  onların nəzarətindən çıxardıq, görüntü və əlaqələrini kəsdik. Bu əməliyyatımız ABŞ-ı daha çox qorxutdu. Raket zərbələrindən sonra ABŞ rəsmiləri üçün önəmli olan bu idi ki, anlasınlar nə baş verir? ABŞ bunu  həmin vaxt bölgədə olan 8 ədəd "MQ-9 Reaper" pilotsuz təyyarəsi vasitəsilə edəcəkdi ki, biz bu təyyarələri onların nəzarətindən çıxartdıq. Düşünürəm bizim bu işimizdən onların aldığı psixoloji zərbə raket zərbəsindən daha çox idi".
 
 

Google+ WhatsApp ok.ru