BMT-nin Uşaq Fondu: 10 milyon Əfqanıstanlı uşağın həyatda qalması üçün yardıma ehtiyacı var 23 Avqust 2021 15:41 Dünya Bu gün 10 milyon Əfqanıstanlı uşağın həyatda qalması üçün humanitar yardıma ehtiyacı var. Maide.Az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun – YUNİSEF icraçı direktoru Henrietta For deyib. O bildirib ki, hesablamalara görə, 1 milyon Əfqanıstanlı uşaq aclıqdan əziyyət çəkir və onlar müalicə olunmazsa həyatlarını itirəcəklər. O, aralarında 2.2 milyon qız olan 4.2 milyon Əfqanıstanlı uşağın məktəbdən məhrum olduğunu bildirib və qeyd edib ki, təqribən 435 min uşaq və qadın evlərindən didərgin düşüb. BMT rəsmisi qeyd edib ki, Əfqanıstanlı uşaqların durumu acı bir reallıqdır. “Quraqlıq və şiddətli su çatışmazlığı, Covid-19 epidemiyasının dağıdıcı sosial-iqtisadi nəticələri və qışın gəlməsi fonunda önümüzdəki aylarda uşaqların və qadınların həyat ehtiyaclarının artacağını gözləyirik.” H.For bildirib ki, Əfqanıstanda milyonnlarla insanın hələ də sağlamlıq, peyvəndləşmə, qidalanma, sığınacaq, su və sanitariya kimi xidmətlərə ehtiyacı var. Teqlər : #BMTnin,#Uşaq,#Fondu:,#milyon,#Əfqanıstanlı,#uşağın,#həyatda,#qalması,#üçün,#yardıma,#ehtiyacı,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Taliban' ABŞ-ı hədələyib Foreign Policy: ‘Taliban’ Əfqanıstanı idarə etmək üçün 12 nəfərlik şura yaradır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO