Ramazan ayında fələstinli məhbuslara işkəncə

Ramazan ayında fələstinli məhbuslara işkəncə

Fələstinli Məhbuslar və Azadlıqlar Komitəsi çərşənbə günü sionist rejiminin Həbsxana İdarəsi müqəddəs Ramazan ayında fələstinli məhbuslara qarşı hər cür təzyiq göstərdiyini açıqlayıb.

 
Maide.Az xəbər verir ki, "Vəfa" xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda, "idarə kameraları bağlayaraq məhbusların toplanmasına mane olub. Hər gün onları qəsdən yoxlayır və dağıdırlar, məhbuslar üçün yemək paketlərini məhv edir və əvəzində zərərsiz yemək təklif edirlər. Dəfələrlə iftar və imsaq vaxtlarında yeməkləri gecikdiriblər", - deyə bildirilir.
 
Fələstinli Məhbus İşləri Komitəsi 42 qadın, 700 xəstə və 180 azyaşlı da daxil olmaqla 5000 fələstinlinin işğalçı İsrail rejimi həbsxanalarında olduğunu bildirir. Həmçinin onlarla yaşlı fələstinli və yüzlərlə ömürlük məhkum olduğu bilditilir.

Google+ WhatsApp ok.ru