Ramazan ayında insanın oruc tutmaqla, ac qalmaqla, susuz qalmaqla özünə qiyməti artar

Masallı rayonunun Cümə məscidinin bu həftəki xətibi mübarək Ramazan ayından söz açıb.
 
Şeyx Sərdar Hacıhəsənli  çıxışında Peyğəmbərin (s) Şaban ayının sonuncu Cümə günündəki sözləri ilə başlayıb.
 
Xətib qeyd edib ki, mübarək Şaban ayının axırıncı Cümə günü idi.Sevimli Peyğəmbərimiz (s) üzünü xalqa tutub belə buyurdu:”Müsəlmanlar bərəkət ilə, rəhmət ilə, məxfirət ilə Allah ayı sizə üz tutub. Allah ayının qədrini bilin.  Allah ayı ki, saatları saatların ən alisi, günləri günlərin ən alisidir, gecələri gecələrin ən fəzilətlisidir. Bu ayda yuxularınız ibadət, tənəffüsləriniz təsbeh və Allah zikridir.”
 
Şeyx Sərdar Hacıhəsənli sözlərinin davamında bildirib ki,”On bir ayın sultanı Ramazan ayı Qurani-Kərimdə adı zikr olunan yeganə Qəməri ayıdır.Ramazan sözü Rəmza sözündən götürülüb.Rəmza sözünün mənası da şiddətli hərarət deməkdir.”
 
Xətib vurğulayıb ki, Allah Rəsulu (s) bir gün belə buyurur:”Bilirsiniz bu aya nə üçün Ramazan ayı verilib?! Səbəbi budur ki, necə şiddətli hərarət yandırar, kül edər, yox edər.Əgər sizin də bu ayda Allah ilə ülfəti-ünsiyyətiniz olsa bu ay sizin də günahlarınızı yandırar, kül edər, yox edər.Bunun üçün bu ay Ramazan ayı adlanıb.”
 
Şeyx Sərdar Hacıhəsənli çıxışında həmçinin qeyd edib ki,”Ramazan göylərdən yerə ünsiyyətin, vəhyin, rabitənin baharıdır.Allahın bəndələrinə rəhmətin elan etməsidir.”
 
Sərdar Hacıhacıhəsənli bildirib ki, Qurani-Kərimin hər zaman bir ayəsini oxusan ehtivası da savabı da bir ayədir.Yeganə aydır ki Allah Qurani-Kərimin bir ayəsini bir Quran hesablayıb.Həmən ay Ramazan ayıdır.
 
Cümə xətibi sonda vurğulayıb ki,"Ramazan ayında insan oruc tutmaqla, ac qalmaqla, susuz qalmaqla özünə qiyməti artar.  İnsanlar ac olanda, insanlar susuz olanda onda bilər ki aləmlərin qüdrətli rəbbi var. Onda bilər ki, belə pərvərdigarın qarşısında qanun sındırmaq, cinayət törətmək, bəndələrinə zülm etmək olmaz".cenubnews/
 

Google+ WhatsApp ok.ru