Ramazan ayında  müsəlmanlar “Facebook”da daha çox vaxt keçirir

Ramazan ayında müsəlmanlar “Facebook”da daha çox vaxt keçirir

Müqəddəs Ramazan ayında Yaxın Şərq ölkələrində yaşayan müsəlmanlar “Facebook” sosial şəbəkədə normaldan 57,6 milyon saat daha çox vaxt keçirir. Bu haqda “Facebook” administrasiyasının araşdırmasında deyilir.
 
Maide.Az “İslam.ru” saytına istinadən xəbər verir ki, bildirilir ki, bunun bir neçə səbəbi var. “İlk növbədə feysbuk istifadəçiləri müqəddəs Ramazan ayının başlanmasına 4 həftə qalmış fəallaşır. Bir qayda olaraq, həmin dövrdə müsəlmanlar məsləhət axtarır və müqəddəs ay boyunca nə edəcəklərini planlaşdırır, həmçinin qohumları və yaxınları üçün hədiyyələr seçir.
 
Bundan başqa Ramazan ayında gənc insanlar sosial şəbəkələrdə daha çox vaxt keçirir, aktiv şəkildə bu aya həsr olunmuş tədibirlərdən çəkilmiş şəkil və videolar paylaşır”. /

Google+ WhatsApp ok.ru