4 -Qurani-Kərimdə şükrün növləri və təsirləri

4 -Qurani-Kərimdə şükrün növləri və təsirləri

QURANİ-KƏRİMDƏN NÖQTƏLƏR

Qurani-Kərimdə insanın şükür etməsi ilə bağlı müxtəlif mətləblərə, o cümlədən, şükrün növləri və təsirlərinə də toxunulmuşdur ki, biz burada onlardan bir qisminə işarə edirik:

1. Etiqadi şükür – İnsan bütün nemətlərin Allah tərəfindən olduğuna etiqad bəsləməlidir:

وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ اللَّهِ

Sizə gələn hər bir nemət Allahdandır! (“Nəhl” surəsi, ayə 53.)

2. Əməli şükür:

اعْمَلُوا آلَ دَاوُودَ شُكْرًا وَقَلِيلٌ مِّنْ عِبَادِيَ الشَّكُورُ

Ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! Bəndələrimdən (nemətlərimə) şükür edən azdır!(“Səbə” surəsi, ayə 13.)

3. Dilin şükrü:

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

(Həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç! (“Zuha” surəsi, ayə 11.)

Şükrün növləri

1. Nemətin artması:

لَئِن شَكَرْتُمْ لأَزِيدَنَّكُمْ

Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıraram. (“İbrahim” surəsi, ayə 7.)

2. Şükür etmək insanın öz xeyrinədir:

وَمَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ

Kim (Allahın nemətlərinə) şükür etsə, özü üçün şükür edər. (“Loğman” surəsi, ayə 12.)

3. Allahın razılığı:

وَإِن تَشْكُرُوا يَرْضَهُ لَكُمْ

Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Onu razı edər.” (“Zumər” surəsi, ayə 7.)

Maide.az – Maarif bölümü

 

Öncəki yazını BURADAN oxuya bilərsiz.
 

Google+ WhatsApp ok.ru