Ramazan ayının 18-ci gününün duası

Ramazan ayının 18-ci gününün duası

Ramazan ayı təqvimi və gündəlik duası - 2021 (Orucun vaxtları)

Qədr gecəsi
 
Sübh azanı. 04:10
 
Axsam azanı. 19:51
 
اَللّـهُمَّ نَبِّهْني فيهِ لِبَرَكاتِ اَسْحارِهِ، وَنَوِّرْ فيهِ قَلْبي بِضياءِ اَنْوارِهِ، وَخُذْ بِكُلِّ اَعْضائي اِلَى اتِّباعِ آثارِهِ، بِنُورِكَ يا مُنَوِّرَ قُلُوبِ الْعارِفينَ
 
Duanın oxunuşu: Əllahummə nəbbihni fihi libərəkati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih, və xuz bikulli ə`zayi iləttibai asarih, binurikə ya munəvvirə qulubil arifin.
 
Duanın tərcüməsi: İlahi, Öz nurunla məni bu ayın səhərlərinin bərəkətlərindən agah et, bu gün qəlbimi həmin ayın nuru ilə işıqlandır və bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə məmur et, ey qəlbləri nurlandıran Allah!
 
İFTAR DUASI
 
اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
 
Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
 
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
 
 
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
 
18-ci gün- 4 rukət (Hər rukətdə 1 Həmd, 25 Kovsər)
 
 
 
 

Google+ WhatsApp ok.ru