Ramazan ayının məhsulu

Ramazan ayının məhsulu

Ramazan ayının məhsulu təqvadır – özünlə məşğul olmaq, özünə yetişmək və  təqvalı olmaq üçün zəxirə yığmaq. Oruc ayəsində buyurulur: لَعَلَّكُمْ تَتَّقُونَ – “Oruc sizə vacib edildi ki..., (bunun vasitəsilə) təqvalı olasınız.” (Bəqərə/183.)

Ramazan ayı bizdə təqvalı olmaq üçün zəxirə yığır. Təqva da daha ali mənzillərə (məqamlara) yüksəlmək üçün bir vasitədir. Təqva bizi bu ali mənzillərə çatdırmaq üçün bir minikdir. (Quranda buyurulur:)

وَ اتَّقُوااللّهَ لَعَلَّكُمْ تُفْلِحُون

Təqvalı olun ki, nicat tapasınız! (Bəqərə/189.)

وَاتَّقـُوا اللّهَ لَعـَلَّكـُمْ تـُرْحـَمـُون

Təqvalı olun ki, rəhm olunasınız! (Hücurat/10.)

وَ اتَّقـُوا اللّهَ وَ یـُعـَلِّمـُكـُمـُاللّهُ

Təqvalı olun və Allah sizi öyrədir! (Bəqərə/282.)

Elm, hidayət və ilahi rəhmət təqvanın nəticəsi olaraq Allah tərəfindən insana əta olunur. Bütün bunlardan üstün isə, “fəlah”dır – səadət və nicatdır. Səadət və nicat təqva ilə əldə olunur.

Mənim əzizlərim! İnşallah, Ramazan ayında bu təqva zəxirəsini əldə edib, ilahi ziyarət süfrəsində əyləşərək ondan bəhrələnə bilsək, onu qoruyub-saxlamaq üçün çalışmalıyıq. Bu məhsul olduqca qiymətli, dəyərlidir. Zəhmət və əziyyətlə buğda məhsulunu biçən, sonra isə onu təhlükəsiz bir yerdə yerləşdirib il boyu ondan istifadə edən əkinçi buna bir misaldır. Bu (təqva) bizim illik azuqəmizdir və il boyu bu azuqə təhdid olunur; vəsvəsələr, zər-zivərlər, şəhvətlər, nəfsani istəklər və günahlar – bütün bunlar bu qiymətli zəxirənin afət və bəlalarıdır. Bu afət və bəlalarla mübarizə aparmaq üçün bu zəxirədən istifadə edin və onu qoruyub-saxlayın.

(“Dər sayesare Rəməzan”, Ayətullah Xameneinin çıxışları – 1383/8/24.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru