İran şəhid Qasim Süleymaninin adını verdiyi yeni ballistik raketin təqdimatını edib

İran şəhid Qasim Süleymaninin adını verdiyi yeni ballistik raketin təqdimatını edib

İran yeni ballistik raketlərinin təqdimatını edib.  
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, yeni raketlərə şəhidlər  Qasim Süleymani və Mehdi Mühəndisin adları verilib. 
 
İran Müdafiə Nazirliyi açıqlamasında "Hacı Qasim" və "Əbu Mehdi" raketlərinin yeni nailiyyət olduğunu açıqlayıb.
 
"Hacı Qasim" ballistik raketi 1400 kilometr, "Əbu Mehdi" raketi isə 1000 kilometr məsafədə hədəfi məhvetmə gücünə malikdir.
 
İran Müdafiə Nazirliyi  həmçinin RQ-170 pilotsuz təyyarəsinin motorunun təqdimatını da edib.

Google+ WhatsApp ok.ru