İran, Almaniya, İngiltərə və Fransa xarici işlər naziri müavinləri İstanbulda

İran xarici işlər nazirinin Avorpa və Amerika məsələləri üzrə müavini bu gün  İstanbulda Almaniya, İngiltərə və Fransalı həmkarları ilə görüşür.  

Maide.az xəbər verir ki, İRNA-nın verdiyi məlumata əsasən, İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti  bu gün  günortadan öncə xarici işlər naziri müavinləri və ekspertlər səviyyəsində Almaniya, İngiltərə və Fransa rəsmiləri ilə nüvə məsələsi haqda müzakirələrə başlayacaq.  Avropa xarici siyasət üzrə koordinatoru Federika Muqerinin müavini Helqa Şmitdə bu  müzakirələrə qatılacaqdır. /

Google+ WhatsApp ok.ru