İran atəşkəsin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib

İran atəşkəsin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib

İran atəşkəsin təmin edilməsi və Azərbaycan və Ermənistan arasında danışıqlara vasitəçilik etmə üçün hazır olduğunu bildirib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan və Ermənistan arasında hərbi toqquşmaların başlaması xəbərinə münasibət bildirərkən deyib.
 
"İran İslam Respublikası yaxından və narahatlıqla  Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişəni izləyir. Tərəfləri  təmkinli olmağa və iki ölkə arasında müharibənin təcili dayandırılmasına, danışıqların başlanmasına çağırırıq".
 
İran XİN sözçüsü, həmçinin, iki ölkə arasında atəşkəsin təmin edilməsi üçün bütün potensialdan istifadə etməyə, Tehranın tərəflər arasında danışıqlar üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.
 

Google+ WhatsApp ok.ru