İran Azərbaycanı Şuşanın azad edilməsi münasibətilə təbrik etdi 09 Noyabr 2020 12:55 Qarabağ xəbərləri İranın Bakıdakı səfirliyi tarixi və mədəniyyət şəhəri olan Şuşanın işğaldan azad olunması münasibəti ilə Azərbaycan xalqını təbrik edir. Bu barədə İranın Azərbaycandakı səfirliyi bəyanat verib. Bəyanatda deyilir ki, tezliklə Şuşa şəhərinin tarixi məscidindən azan səsi bütün müsəlmanları və region xalqlarını sevindirəcək. Bildirilir ki, İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei 3 noyabr tarixində etdiyi çıxışında Ermənistan tərəfindən işğal olunan bütün Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmasını qeyd edib: "İşğal olunmuş ərazilərini azad etmək Azərbaycanın haqqıdır". Teqlər : #İran,#Azərbaycanı,#Şuşanın,#azad,#edilməsi,#münasibətilə,#təbrik,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Baş prokurorluq erməni təcavüzü nəticəsində yaralananların sayını açıqladı Azad olunmuş yaşayış məntəqələrimiz - 5 şəhər, 3 qəsəbə, 238 kənd - SİYAHI
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni