İran Azərbaycanla ticarəti dəmiryolu sahəsində də şaxələndirmək niyyətindədir – İran səfiri 21 İyun 2021 10:41 Dünya İran Azərbaycanla ticarəti və tranziti dəmiryolu sahəsində də şaxələndirmək niyyətindədir. Maide.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib. S.A.Musəvinin sözlərinə görə, hazırda iki ölkə arasında İranın Astara rayonunda dəmiryol terminalına qədər inşa olunan dəmiryolundan istifadə olunur. Musəvi əlavə edib ki, iki ölkənin dəmiryolu vasitəsi ilə daşınan yüklərinin həcminin il ərzində 2 milyon ton olması ilə əlaqədar anlaşma memorandumu imzalanıb. İran səfiri deyib ki, İranın dəmiryolundan ölkənin cənubunda Fars körfəzində Bəndər-Abbas limanından İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərinə qədər hissəsindən istifadə edilir: "Rəşt şəhərindən Astaraya qədər hissəsi isə inşa edilməkdədir. Rəşt-Astara dəmiryolunun inşa olunması ilə İranın dəmiryolu tam şəkildə Azərbaycanın dəmiryoluna, Azərbaycan vasitəsi ilə Rusiyaya və Şərqi Avropaya birləşəcək". Musəvinin sözlərinə görə, bununla yanaşı iki ölkə arasında dəmiryolu sahəsində bir sıra müştərək işlərin görülməsi nəzərdə tutulub. Bunlardan İranın dəmiryolunun ölkənin şimal-qərbində yerləşən Ərdəbil vilayətində Parsabad rayonu vasitəsi ilə Azərbaycan dəmiryoluna birləşdirilməsidir. Bu dəmiryolu iki ölkə, digər ölkələr və Rusiya ilə kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin artmasına köməklik göstərəcək. Əlavə edək ki, Şimal-Cənub dəhlizi çərçivəsində İranın şimalında yerləşən Rəşt-Astara dəmiryolu xəttinin inşasının ən nikbin halda 4 il ərzində başa çatacağı bildirilir. 160 km uzunluğunda dəmiryolu xəttinin böyük bir hissəsi məhsuldar ərazilərdən keçir. bu dəmiryolu xəttinin təxminən 80 kilometri körpü və ya tunel vasitəsi ilə, 80 kilometri isə torpaq üzərində inşa olunacaq. Qeyd edək ki, İran Ərdəbil vilayətinin Parsabad rayonunda özəl sektorun investisiyası ilə dəmiryolu yük terminalı yaratmaq niyyətindədir və bununla əlaqədar həmçinin təxminən 10 km uzunluğunda dəmiryolu çəkiləcək. Teqlər : #İran,#Azərbaycanla,#ticarəti,#dəmiryolu,#sahəsində,#də,#şaxələndirmək,#niyyətindədir,#–,#İran,#səfiri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Əliyyən Nəqinin (ə) övladının hərəmində yeni qızılı qapılar quraşdırıldı ABŞ-dan Navalnı ilə bağlı Rusiyaya qarşı yeni sanksiya anonsu və buna Zaxarovanın cavabı olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO