İran Azərbaycan vətəndaşlarına təhsil təqaüdü ayırır

İran Azərbaycan vətəndaşlarına təhsil təqaüdü ayırır

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiyalar Nazirliyindən daxil olan məlumata əsasın ölkələrimiz arasında elmi-tədqiqat və universitetlərarası əməkdaşlıqların genişləndirilməsi çərçivəsində İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi hər il 15 nəfər Azərbaycan Respublikası vətəndaşına təhsil təqaüdü ayıracaqdır. Təhsil təqaüdünü almaq üçün tələb olunan əsas şərtlər və sənədlər barədə ətraflı məlumatlar notaya əlavə olunur.  
 
 
 
Ümumi şərtlər:
 
 

Təhsil pilləsi

Maksimum yaş həddi

Bakalavr

22

Magistratura

26

Doktorantura

31

 

 

 

 
Bilik səviyyəsi ilə bağlı şərtlər:
 

Təhsil pilləsi

Minimum qiymət

(20 ballıq qiymətləndirmə sistemi ilə)

Bakalavr

14

Ümumi doktorantura

16

Magistratura – humanitar, incəsənət və kənd təsərrüfatı ixtisasları üzrə

15

Magistratura – texnologiyalar və əsas ixtisas qrupları üzrə

14

Doktorantura

16

 

 

 

 

 

 

 

 

Tələb olunan sənədlər:
 
Əvvəlki təhsil pilləsinə aid təhsil sənədinin və fənlər üzrə qiymət cədvəlinin surəti və bu sənədlərin təsdiqlənmiş tərcüməsi
Pasportun surəti (etibarlılıq müddəti 6 aydan artıq olmalıdır)
Sağlamlıq haqqında arayış
İki ədəd fotoşəkil
Müəllimlər tərəfindən gələcək təhsil üçün yazılmış üç ədəd tövsiyənamə (xasiyyətnamə)
Müraciət edən şəxsin xarici tələbələrin qeydiyyatı saytında qeydiyyatdan keçməsini göstərən qeydiyyat kodu
 
 
Digər məlumatlar:
 
Təhsil təqaüdü bütün xarici tələbələrin təhsil haqqından azad olunması formasında olacaqdır. Yalnız fars dili və ədəbiyyatı və İranşünaslıq ixtisasları üzrə təhsil almaq istəyən tələbələr təhsil təqaüdündən tam şəkildə yaralana biləcəklər və onlara təhsil almalarından ötəri əlavə maliyyə dəstəyi veriləcəkdir.
Xarici tələbələrə edilən güzəştlər tələbələrin təhsil haqqından azad olunmasından, subay tələbələr üçün nəzərdə tutulmuş yataqxanalardan istifadə etməsindən və tibbi sığorta xidmətindən yararlanmasından ibarət olacaqdır. Əlavə olaraq xarici tələbələr də İranlı tələbələr kimi subsidiya qismində olan yeməklə təmin olunacaqlar. Digər xərclərini isə həmin xarici tələbələrin özləri təmin etməlidilər.
Xarici tələbələrin İrana gəlib-getmələri üçün onların bilet və yol xərcləri də özləri tərəfindən təmin edilməlidir.
Müraciət edən xarici tələbələrin təhsil almaq istədiyi təhsil müəssisələri İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin nəzdində tələbələrin bölgüsü üzrə fəaliyyət göstərən xüsusi komitə tərəfindən müəyyənləşdirilir.
 

Google+ WhatsApp ok.ru