İran COVID-19 vaksinini insan üzərində sınaqdan keçirməyə başlayır

İran COVID-19 vaksinini insan üzərində sınaqdan keçirməyə başlayır

İran koronavirusun (COVID-19) vaksininin istehsalı sahəsində böyük addımlar atıb və tezliklə bu vaksinin insan üzərində sınaqdan keçirilməsinə başlanacaq 
 
Maide.Az xəbər verir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Farmeks (Pharmex) 2020 Dərman Preparatları Sərgisinin açılış mərasimində deyib.
 
S.Nəməkinin sözlərinə görə, ötən 4 ay ərzində iranlı mütəxəssislərin vaksinin istehsalı üzrə fəaliyyəti yaxından izlənilib və nəticələr çox ümidvericidir.
 
Nazir əlavə edib ki, bu vaksinin heyvan üzərində sınağı uğurla keçib.
 

Google+ WhatsApp ok.ru