İranda hərbi paradda yeni pilotsuz təyyarə nümayiş olunub

İranda hərbi paradda yeni pilotsuz təyyarə nümayiş olunub

Aprelin 18-də İran İslam Respublikasında Ordu Günü münasibətilə keçirilən hərbi paradda  İran Hərbi Hava Qüvvələrinin  yeni pilotsuz təyyarəsi  nümayiş etdirilib.
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, yeni pilotsuz təyyarə  “Kaman12” adlanır. 
 
Pilotsuz təyarə saatda 200 kilometr sürətlə 10 saat davamlı uçuş həyata keçirə bilir.
 
Paradda İran həmçinin  yeni nəsil “Qasid” smart bombasını nümayiş etdirib. 
 
“Qasid” bombası optic idarəetmə sisteminə malikdir.  Elektronik müharibə qurğuları onu hədəfdən yayındıra bilmir. Bu bomba hədəfi dəqiq məhv etmə gücünə malikdir.
 
İran prezidenti Həsən Ruhani paradda çıxışı zaman bəyan edib ki, ölkədə baş vermiş son təbii fəlakət zamanı ordu xalqın yanında olub və  əhalinin yerləşdirilməsi, yolların açılması,  sel sularının istiqamətləndirilməsi üçün bütün gücü ilə çalışıb: “İran-İraq müharibəsində ordu ölkənin müstəqilliyini  qorudu. 30 il sonra  Silahlı Qüvvələr bu gün birləşərək yenidən seldən əziyyət çəkən əhalini xilas etdi. Heç bir ölkədə xalq və silahlı qüvvələr arasındakı bu qədər birlik görə bilməzsiniz”.
 
ABŞ-ın  SEPAH-ı terrorçu təşkilat adlandırmasından danışan H.Ruhani  qeyd edib ki,  ABŞ-ın bu addımından sonra  xalq ordunun yanında olmasına dair birlik nümayiş etdirdi. Onun sözlərinə görə, İran xalqı üçün SEPAH-a hörmətsizlik orduya hörmətsizlikdir.
 
Qeyd edək ki, ordu günü münasibətilə  keçirilən paradda İran son hərbi texnologiyasını nümayiş etdirib.  MİQ 29,  F5,  F4,  F14 və  yerli istehsal olan  "Saiqe" və "Kövsər "qırıcıları havada manevr ediblər.
 

Google+ WhatsApp ok.ru