İrandan Netanyahuya cavab: ‘İran raketlərinin başınıza düşəcəyi gündən qorxun’

İrandan Netanyahuya cavab: ‘İran raketlərinin başınıza düşəcəyi gündən qorxun’

İşğalçı sionist İsrail rejiminin Baş naziri Benyamin Netanyahunun İranın Suriyadan təcili şəkildə çıxmadığı halda bu ölkədəki mövqelərini vuracağı ilə bağlı açıqlamasına İslam Respublikasından cavab gecikməyib.
 
Maide.az Iran KIV-lərinə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Ordusunun (Sepah) komandiri Məhəmməd Əli Cəfəri işğalçı rejim Baş naziri Benyamin Netanyahunun açıqlamalarına “Sizin gülünc təhdidlərinizdən heç qorxmuruq” deyə cavab verib:
 
“İran Suriyadakı hərbi mövcudluğunu qoruyacaq. İran hərbi müşavirlərini, təchizatını və silahlarını qeri çəkməyəcək. İran raketlərinin başınıza düşəcəyi gündən qorxun”.
 
Qeyd edək ki,  Netanyahu dünənki açıqlamasında “Sizə (İrana) oradan (Suriyadan) təcili şəkildə çıxmanızı tövsiyyə edirəm. Çünki söz verdiyimiz kimi, hücumlarımıza dayanmadan və qorxusuz şəkildə davam edəcəyik” demişdi.

Google+ WhatsApp ok.ru