İranda prezident seçkilərində  prezident Həsən Ruhaninin əsas rəqbilərindən biri geri çəkildi

İranda prezident seçkilərində prezident Həsən Ruhaninin əsas rəqbilərindən biri geri çəkildi

İranda prezident seçkilərinə az müddət qalmış prezident Həsən Ruhaninin əsas rəqiblərindən olan İslam İnqilabı Qüvvələri Cəbhəsindən prezidentliyə namizədliyini irəli sürmüş Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf seçkilərdən geri çəkildiyini açıqlayıb
 
Maide.Az xəbər verir ki, M.B.Qalibaf bəyanat yayaraq bildirib ki, İslam İnqilabı Qüvvələri Cəbhəsindən prezidentliyə digər namizəd İbrahim Rəisinin xeyrinə geri çəkilib. “Bütün potensial və gücümü İbrahim Rəisinin qələbə qazanması üçün istifadə edəm. Bu qərar vəhdətin qorunması üçün alınıb”. 
 
Qeyd edək ki, İranda növbəti prezident seçkiləri cümə günü keçiriləcək. İranın Seçkilər Təşkilatının açıqlamasına görə, ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir. /

Google+ WhatsApp ok.ru