İran dünyanın ən böyük elmi hadisəsinə ev sahibliyi edir

İran dünyanın ən böyük elmi hadisəsinə ev sahibliyi edir

İranda 29-cu beynəlxalq kompüter olimpiadası keçiriləcək.  
 
Maide.Az FHA-a istinadən xəbər verir ki, bunu İranın Beynəlxalq Kompüter olimpiadasının sözçüsü Həmidrza Əzəməti deyib. 
 
Beynəlxalq kompüter olimpiadası ilə bağlı keçirdiyi mətbuat konfransında H.Əzəməti deyib ki, olimpiyada iyul ayının 27-dən avqust ayının 4-dək bir həftə müddətində Tehranda keçiriləcək. 
 
H.Əzəməti olimpiadada dünyanın 85 ölkəsindən kompüter sahəsində ən bacarıqlı və təcrübəli 320 seçmə yarışçı iştirak edəcək. 
 
Qeyd edək ki, İran 2013-ci ildə bu olimpiadaya ev sahibliyi etməyi təklif edib və olimpiadanın 2017-ci ildə bu ölkədə keçirilməsi qəbul olunub. /

Google+ WhatsApp ok.ru