İranın nüvə sazişinə Avropanın 3 liderindən birgə dəstək

İranın nüvə sazişinə Avropanın 3 liderindən birgə dəstək

Böyük Britaniyanın baş naziri Tereza Mey, Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron İranla nüvə müqaviləsinin davam etməsi məsələsində qərarlı olduqlarını açıqlayıb.
 
Maide.Az “AA”-ya istinadən verdiyi xəbərə görə, hər 3 liderin ofisindən verilən məlumata görə, hər üç ölkənin lideri ABŞ prezidenti Donald Trampın İranla əldə olunan nüvə sazişini təsdiq etməməklə bağlı mövqeyini diqqətlə izlədiklərini və bu qərarın mümkün nəticələri barəsində narahatlıqlarını bildiriblər. 
 
Bəyanatda Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) bütün tərəflərin həyata keçirilməsinin zəruriliyi və bunun ortaq milli təhlükəsizlik maraqlarına xidmət etdiyi bildirilib.
 
Bəyanatda hər 3 ölkə lideri JCPOA-a müqaviləsinin davam etdirilməsi mövzusunda qətiyyətli olduqlarını vurğulayıb. 
Makronun Ruhani ilə telefon danışığı olub 
 
Fransa prezidenti Emmanuel Makron  İran prezidenti Həsən Ruhaniyə  Fransa və Avropalı müttəfiqlərinin İran ilə  əldə olunan  nüvə sazişinə sadiq qalacaqlarını bildirib. 
 

Google+ WhatsApp ok.ru