İranın Qum şəhərində təhsil alan tələbələr ordumuza yardım sovqatı göndəriblər

İranın Qum şəhərində təhsil alan tələbələr ordumuza yardım sovqatı göndəriblər

İranın bir sıra ilahiyyat universitetlərində təhsil alan azərbaycanlı tələbələr ordumuza dəstək üçün yardım sovqatı göndəriblər.
 
Maide.Az "SalamNews"a istinadla xəbər verir ki, İranda xüsusi ilə Qum şəhərində təhsil alan tələbələr, orduya yardım üçün birinci hissə sovqatı göndəriblər. Bura 2000 corab, 1000 papaq, 100 əlcək, 500 dəvə dərisindən beli isti saxlayan bellik, 300 alt penjama və sair daxildir. 
 
Məlumata görə ikinci sovqat üçün hazırlıqlar gedir, yaxın vaxtda onlar da müzəffər əsgərlərimizə göndəriləcək.

Google+ WhatsApp ok.ru