İran ordusunda daha 800 tank

İran ordusunda daha 800 tank

İran Müdafiə Nazirliyi ölkənin müdafiə gücünü artırmağı planlaşdırdığı bir plan çərçivəsində orduya əlavə 800 tank cəlb edəcək.
 
Maide.Az Presstv-ə istinadən xəbər verir ki, hazırda hər il “Karrar” adlı 50-60 yerli tank istehsal edilir.
 
Həmin tank dünyanın ən müasir texniki avadanlıqlar təchiz edilmiş tanklarından biri hesab edilir. Lazerlə dəstəklənən bu tank gecə və gündüz hərəkətli və sabit hədəfləri dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.
 
İranın müdafiə naziri Əmir Xatəmi ölkəsinə qarşı hər hansı bir təcavüzkar hərəkətə “sarsıdıcı cavab” verəcəyini söyləyib.
 

Google+ WhatsApp ok.ru