İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin başçılıq etdiyi yüksək vəzifəli hərbi nümayəndə heyəti çərşənbə günü Bakıya gələcək.
 
Maide.Az İranın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfər Azərbaycanın müdafiə naziri Zakir Həsənovun dəvəti ilə baş tutacaq.
 
İki günlük səfər çərçivəsində Baqerinin Azərbaycan prezidenti, baş naziri və parlament spikeri ilə görüşləri planlaşdırılır.
 
Hərbi sahədə və müdafiə sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Həmçinin bu səfərin sonunda iki ölkə arasında hərbi – müdafiə sahəsində anlaşma memorandumunun imzalanması gözlənilir.
  
Qeyd edilməlidir ki, bu səfər İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana ilk səfəridir.

 

Google+ WhatsApp ok.ru