İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Pakistana səfəri başlayıb 12 Oktyabr 2021 21:45 Dünya İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri bu gün Pakistana səfər edib. Maide.Az İRNA-a istinadla xəbər verir ki, səfər Pakistan Ordusunun komandanı, general Qamar Cavid Bacvanın rəsmi dəvəti ilə baş tutub. Səfər zamanı iki qonşu ölkə İran və Pakistan arasında hərbi əməkdaşlıqların artırılması, müştərək sərhəd əməkdaşlığının inkişafı, terrorizmlə mübarizə, regionda və İslam dünyasında baş verən son dəyişiklər haqqında müzakirələr aparılacaq. M.Baqirinin səfəri çərçivəsində həmçinin iki qonşu ölkə arasında Paksitan Ordusunun komandanı Qamar Cavid Bacvanın Tehran səfərində əldə olunmuş hərbi əməkdaşlıqların icrasının sürətləndirilməsinin zərurliyi vurğulanacaq. M.Baqiri Pakistanın baş naziri İmran Xan, Ordu Komandanı, Baş Qərargah rəisi və digər rəsmilərlə görüşləri nəzərdə tutulub. Nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Pakistanın cənubundakı Karaçi liman şəhərini və qonşu ölkənin bu bölgədəki bəzi hərbi və dəniz mərkəzlərini ziyarət edəcəklər. Hərbi və siyasi ekspertlər hesab edirlər ki, regionda və İslam dünyasında baş verən proseslər xüsusi ilə Əfqanıstandakı vəziyyətin, eləcə də iki qardaş və qonşu ölkə arasında hərbi, təhlükəsizlik, müdafiə əlaqələrinin inkişafı fonunda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Pakistana səfəri önəmli və təsiredicidir. Teqlər : #İran,#Silahlı,#Qüvvələrinin,#Baş,#Qərargah,#rəisinin,#Pakistana,#səfəri,#başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'G-20'liyin Əfqanıstan üzrə fövqəladə sammiti başlayıb Ağ ev: Əfqanıstanın dondurulmuş aktivləri buraxılmayacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO