İran və Rusiya diplomatları Yəmənin ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar

İran və Rusiya diplomatları Yəmənin ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar

İran XİN rəhbərinin xüsusi siyasi məsələlər üzrə böyük köməkçisi Əli Əsğər Hacı və Rusiyanın XİN müavini Sergey Verşin  Tehran və Moskva arasında daimi məsləhətləşmələr çərçivəsində telefon danışığı aparıblar.
 
Maide.Az xəbər verir ki, iki diplomat Yəməndəki son hadisələrdən danışıb, ərəb ölkəsinin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb və siyasi həllin Yəməndəki böhranı həll etməyin yeganə yolu olduğunu söyləyiblər
 
Söhbət qondarma Cənubi Keçid Şurasının fövqəladə vəziyyət elan etməsi və Yəmənin cənubunda, o cümlədən liman şəhəri olan Ədənin nəzarətində olan bölgələrdə “özünü idarəetmə qaydaları” elan etməsindən sonra başlayıb.
 
Qondarma Cənubi Keçid Şurası və fərari prezident Mənsur Hadiyə sadiq olan qüvvələr Yəmən münaqişəsində müttəfiq olduqlarını və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya ilə birgə mübarizə apardıqlarını söyləyir.

Google+ WhatsApp ok.ru