İran XİN Almaniya, Belçika və Fransaya sərt etirazını bildirib

İran XİN Almaniya, Belçika və Fransaya sərt etirazını bildirib

İran Xarici İşlər Nazirliyi ölkənin Avstriyadakı diplomatının Fransa polisinin tələbi ilə Almaniya ərazisində saxlanılması ilə əlaqədar Fransa, Belçika səfirlərini və Almaniyanın müvəqqəti işlər vəkilini nazirliyə dəvət edib. 
 
Maide.Az bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN başçısının müavini Seyid Abbas Əraqçi Fransanın Tehrandakı səfiri və Almaniyanın  müvəqqəti işlər vəkili ilə görüşərək diplomatın həbsinə ciddi etirazını bildirib. O xatırladıb ki, Vyana Konvensiyasına əsasən diplomatlar toxunulmazdır və təcili olaraq diplomat qeyd-şərtsiz  azad edilməlidir.
 
A. Əraqçi bu addımı İran və Avropa arasında mövcud əlaqələri korlamaq məqsədilə seçilmiş çirkli plan adlandırıb. O qeyd edib ki,  İran prezidentinin  Avropaya səfəri dövründə belə bir hadisənin baş verməsi ABŞ və sionist rejimin məqsədlərinə xidmət edir. 
 
Belçika səfiri isə İran XİN-in Avropa idarəsinin rəhbəri tərəfindən qəbul edilib və ona etiraz notası verilib. 
 
Fransa, Belçika səfirləri və Almaniyanın müvəqqəti işlər vəkili bu məsələni  tez bir zamanda ölkə rəhbərliklərinə çatdıracaqlarına söz veriblər. 
 
 

Google+ WhatsApp ok.ru