İran yeddi min km məsafəni qət edən pilotsuz təyyarələrə malik olduğunu bildirib (Video)

İran yeddi min km məsafəni qət edən pilotsuz təyyarələrə malik olduğunu bildirib (Video)

İran yeddi min km məsafəyə uçan pilotsuz döyüş təyyarələrinə malik olduğunu bildirib.
 
SalamNews xəbər verir ki, bunu İranın İslam İnqilabının Keşikçilər Ordusunun komandanı Hüseyn Səlami ölkə mətbuatına açıqlamasında deyib.
 
Ötən gün ölkə mətbuatına yeni hərbi nəaliyyətlərdən danışan Hüseyn Səlami bildirib ki, İran yeddi min km məsafəyə uçan hərbi pilotsuz təyyarələrə malikdir.
 
ABŞ sanksiyalarının zərərsizləşdirilməsindən danışan Hüseyn Səlami deyib:
 
“Hamı bilsin ki, bizi məhrum etməyə çalışdıqları şeyləri hökmən əldə edəcəyik. İran xalqına da söz veririk ki, bir an olsun belə inkişafa səbəb olan məsələlərdən əl götürməyəcəyik.”
 
Qeyd edək ki, İran bundan öncə üç min km məsafə qət edən PUA-lara malik olduğunu bəyan etmişdi.

Google+ WhatsApp ok.ru