İran yeni `Kərrar` tankını ictimaiyyətə təqdim edib - VİDEO

İran yeni `Kərrar` tankını ictimaiyyətə təqdim edib - VİDEO

İran Müdafiə Nazirliyi "Kərrar" adı verdiyi yeni tanklarını ictimaiyyətə təqdim edib. Hərbi texnikanın təqdimetmə mərasimi paytaxt Tehranda ölkənin müdafiə naziri Hüseyn Dehqanın iştirakı ilə baş tutub.
 
"Kərrar" tankı ən müasir atəş və müdafiə sistemləri ilə təchiz olunub. Bu tank hərəkətsiz və hərəkətli obyektlərə dəqiq zərbə endirmək, müxtəlif maneələri aşmaq qabiliyyətinə malikdir.
 
Qeyd edək ki, yeni tanklar İranın Lorestan vilayətində yerləşən "Bəni-Haşim" kompleksində istehsal olunur. "Kərrar" tankı Rusiyanın "T-72" tankının modernizmə olunmuş variantı sayılır. (faktxeber) /

Google+ WhatsApp ok.ru