İran yeni radar sistemini təqdim edib

İran yeni radar sistemini təqdim edib

İran yeni “Kaşif-99” adlı radar sisteminin təqdimatını edib.
 
Maide.Az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə,  təqdimat mərasimində İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general Əlirza Sabahifərd işitrak edib.
 
“Kaşif-99” radar sistemi  3D formatlı , sabit və hərəkət edəndir. Sistem kiçik hədəfləri  müəyyən etmə qabiliyyətinə malikdir.  Bu sistem İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin Texnologiyaların Tədqiqi Mərkəzi tərəfindən yaradılıb.
 
Radar 12 kilometr məsafədən 300 hədəfi müəyyən etmə gücünə malikdir.
 

Google+ WhatsApp ok.ru