İraqda elektrik stansiyası raket zərbələrinə məruz qalıb 28 İyun 2021 10:46 Xəbərlər Ötən gün İraqda yerləşən istilik elektrik stansiyası raket zərbələrinə məruz qalıb. Bu barədə İraq Energetika Nazirliyinə istinadən məlumat verib. Məlumata əsasən, Samirra şəhəri ərazisində yerləşən İES-na zərbələr yayılım atəş sistemindən endirilib. Raket zərbəsindən sonra enerji blokuna ciddi zərər dəyib par qazanı sıradan çıxıb. Diversiya nəticəsində xəsarət alanlar barədə məlumat verilmir. “Al-Arabiya” televiziya kanalının məlumatına əsasən, terror aktının məsuliyyətini İŞİD terrorçuları öz üzərinə götürüb. eastnews.org/ Teqlər : #İraqda,#elektrik,#stansiyası,#raket,#zərbələrinə,#məruz,#qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qarşıdakı üç gün qeyri-iş günü olacaq - TƏQVİM Londonda etirazların 20-dən çox iştirakçısı saxlanılıb