İraqda və Suriyada İŞİD-ə bağlı xarici qüvvələrin sayı ikiqat artıb

Amerikada bir təhlükəsizlik Konsaltinq Mərkəzinin məlumatına görə, İraqda və Suriyada İŞİD-ə və digər terror qruplaşmalarına qoşulan xarici qüvvələrin sayı keçən il ikiqat artaraq, ən azı 27 min nəfərə çatıb.
 
Maide.az xəbər verir ki, NyuYorkda yerləşən “Souphan Group” bugün qeyd edilən statistikanı yayaraq bildirib ki, dünya ölkələrinin xarici vətəndaşların İraqa və Suriyaya gedərək İŞİD kimi terror qruplaşmalarına birləşməsinin qarşısını almaq üçün göstərdiyi səylər istənilən nəticəni verməyib.
 
Təhlükəsizlik üzrə Konsaltinq Mərkəzi əlavə edib ki, İŞİD öz cinayətlərində hal-hazırda əl-Qaidə kimi “hətta köhnəlmiş və dəbdən düşmüş” görünən digər terror qruplaşmalarını geridə qoyub.
 
“Souphan” qeyd edib ki, ümumilikdə, 86 müxtəlif ölkələrdən 27-31 min xarici qüvvə İraqa və Suriyaya yollanıb.
 
Təşkilat 2014-cü ilin iyun ayında oxşar hesabatda bildirmişdi ki, 12 minədək xarici vətəndaş radikal qruplara birləşmək üçün Suriyaya səfər edib.
 
Bildirilir ki, Suriya və İraqa yollanan 16 minədək şəxs Yaxış Şərq və Qərb ölkələrinin vətəndaşlarıdır.
 
Avropa ölkələrindən 5 minədək və Postsvoet ölkələrindən daha 4700 nəfər Suriya və İraqa gediblər./

Google+ WhatsApp ok.ru