İraq hökuməti Ərbəin mərasiminin təhlükəsizliyi üçün 30 minlik qüvvəni işə cəlb edib

İraq hökuməti Ərbəin mərasiminin təhlükəsizliyi üçün 30 minlik qüvvəni işə cəlb edib

İraq hökuməti Ərbəin yürüşü və mərasiminin təhlükəsizlik şəkildə keçirilməsi üçün 30 min nəfərlik qüvvəni işə cəlb edib.
 
Maide.Az SalamNews - a istinadla xəbər verir ki,  bu haqda “Kərbəla Əməliyyatlar Komandanlığı” bəyanat verib.
 
Bildirilib ki, Ərbəin yürüşü və mərasiminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ordu, polis, Hava Qüvvələri, Haşd-Şabi və sair hərbi qurumlardan ümumilikdə 30 min nəfərlik qüvvə işə cəlb edilib.
 
Qeyd edək ki, bir qrup azərbaycanlı zəvvar da Ərbəin ziyarətinə qatılmaq üçün Nəcəfə yollanıblar. Onlar Nəcəfdən Kərbəlaya 80 km-lik yolu piyada qət edəcəklər.
 

Google+ WhatsApp ok.ru