İraq və ABŞ arasındakı strateji dialoqa üç məqam daxildir 06 İyun 2020 13:06 Dünya İraqın bəzi məlumatlı mənbələri İraq və ABŞ arasındakı strateji dialoqa üç məqamın daxil olacağını söyləyib. İraqın Əs-Sabah qəzeti bu gün (6 iyun) məlumatlı mənbələrə istinadən verdiyi xəbərində, bu ayın 11-də keçirilməsi planlaşdırılan İraq-ABŞ görüşündə üç əsas məqam olacağını yazıb. “Bu məqamlardan biri İraqın İŞİD-lə mübarizədə hərbi dəstəyinə vurğu və İraqda fəaliyyət göstərən xarici obyektləri qorumaq öhdəliyi olacaq”, - deyə mənbə bildirib. Mənbə daha sonra belə deyib: “Koronavirusun təhlükəli təbiəti və ölkənin daxili vəziyyətinin kövrəkliyi səbəbindən İraq virusa qarşı mübarizənin gələcək mərhələlərindəki prioriteti sağlamlığa dəstək vermək olacaq”. Danışıqların iki-üç saat ərzində videokonfrans yolu ilə olacağını deyən mənbə, strateji dialoqun siyasət, bölgədəki vəziyyət və İraqın bölgədə necə rol oynaya biləcəyini də əhatə edəcəyini bildirib. “Danışıqlar yeni müzakirələr və İraqda yerləşən ABŞ qüvvələrinin gələcəyi və digər vacib məsələlər barədə fikir mübadiləsi üçün açıq bir platforma açacaq”, - deyə mənbə bildirib. Bundan əvvəl Vaşinqtonun Bağdaddakı səfiri ABŞ-ın İraqla strateji dialoqunun İraqın üzləşdiyi təhdidlərin aradan qaldırılmasına yönəldiyini iddia etmişdi. /deyerler.org Teqlər : #İraq,#və,#ABŞ,#arasındakı,#strateji,#dialoqa,#üç,#məqam,#daxildir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyada ABŞ-ın dəstəklədiyi qüvvələrə qarşı aksiya keçirildi ABŞ-da sürücü odlu silahdan etiraz aksiyasının bir qrup iştirakçısına atəş açıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO