Rezidenturaya qəbul üçün 2-ci cəhdin qeydiyyatı başladı 16 İyul 2021 11:46 Xəbərlər Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb. Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, namizədlərin qeydiyyatı bu gündən başlayaraq iyulun 22-dək internet vasitəsi ilə aparılır. İyun ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Teqlər : #Rezidenturaya,#qəbul,#üçün,#2ci,#cəhdin,#qeydiyyatı,#başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəlada Ərbəin günlərində zəvvarların sıxlınğını aradan qaldırmaq üçün yeni tunellər tikiləcək Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı kiber hücuma məruz qalıb