Rohinca müsəlmanları; daha yaxşı bir həyat ümidi ilə radikal qruplaşmalara qoşulanlar

Myanmarda minlərlə Rohinca əhalisi hər il daha yaxşı yaşamaq ümidi ilə qonşu ölkələrə üz tuturlar, sağ qalmaq və daha yaxşı həyat qurmaq naminə ekstremist qruplaşmalara müraciət edirlər. 
 
Maide.az xəbər verir ki, Rohinca  müsəlmanlarının ölkədə etnik və dini problemlər səbəbindən və Maynmar dövləti tərəfindən sözügedən dini azlığa vətəndaşlıq hüququnun verilməməsi ilə əlaqədar olaraq Myanmardan kütləvi şəkildə qonşu ölkələrə axın etməsi və sığınacaq istəməsi hal-hazırda Cənub- şərqi Asiya regionunda aktual problemə çevrilib.
 
Rohinca  müsəlmanları
 
Rohinca  əhalisi əsasən müsəlmanlardan ibarətdir və Myanmarın qərbində yerləşən Raxin bölgəsində yaşayırlar. Dünyada ən məzlum azlıqlardan hesab olunan həmin əhali ərəb və Banqladeşli tacirlərin və turistlərin övladları hesab olunur və özünəməxsus mədəniyyətə, dilə və  kimliyə malikdirlər. 
 
Eləcədə, həmin Birma müsəlmanlarının bəziləri Banqladeş, Pakistan, Ərəbistan, Tayland, Malaziya, İndoneziya və ya Avropa və Avstraliyada yaşayırlar. 
 
Rohincalıların 1.100.000 minlik əhalisinin əksəriyyəti Myanmarda vətəndaşlıq hüququndan məhrum ediliblər. Myanmarda etnik və dini zəmində baş verən qarşıdurmalardan və bu ölkədə Rohinca  müsəlmanları kütləvi şəkildə qətlə yetirildikdən sonra, bu cəmiyyətin bir çox insanları başqa ölkələrə köç etmək məcburiyyətində qalıblar. 
 
Bu miqrantlardan bəzilərinin digər ölkələrdə də taleyi gətirməyib və qətlə yetiriliblər. Bildiyimiz kimi, Myanmarda radikal buddistlər tərəfindən çarəsiz Rohinca  müsəlmanlarının kütləvi şəkildə öldürülməsi Dünyanı şoka salıb. 
 
Rohinca  müsəlmanları Myanmarın qərbində yerləşən və əvvəllər Arakan kimi tanınan şimali Paxin əyalətinə mənsubdur. Bu dini azlığın tarixi VII əsrin əvvəllərinə qayıdır, yəni müsəlman ərəb tacirlər bu bölgədə məskunlaşdıqları zamana. Buna görə də, demək olar ki, bu azlıq fiziki, dil və mədəniyyət baxımdan Cənubi Asiya xalqları ilə, ələlxüsus Benqal xalqı ilə çox oxşarlıqları var. 
 
Myanmar dövləti Rohinca  müsəlmanlarının vəziyyətinə etinasız yanaşır
 
Təəssüflər olsun ki, Rohinca  xalqı indiyədək öz mədəni, sosial və siyasi fəaliyyətləri ilə Dünya birliyinin və beynəlxalq qurumların diqqətini özünə cəlb edə bilməmişdir ki, bu da məhrum xalqın başına gətirilənlərin Benəlxalq birlik, o cümlədən dünyanın digər müsəlmanlarının diqqətindən kənarda qalmasına səbəb olmuşdur. 
 
Hazırki beynəlxalq şəraitdə yalnız o xalqlar öz insan hüquqlarına malik ola bilərlər ki, QHT-lər yaratmaqla və azad mətbuata çıxış əldə etməklə, habelə Beynəlxalq təşkilatlarla əlaqə yaratmaqla nisbətən öz hüquqlarını müdafiə etməyə qadirdirlər- Myanmardakı Rohinca  müsəlmanları istisna olmaqla, bütün xalqlar öz hüquqlarını müdafiə etmək üçün belə imkanları əldə ediblər və mərkəzi hökümət də onlara qarşı daha yumşaq davranır. 
 
Baxmayaraq ki, Rohinca  müsəlmanlarının faciəvi şəkildə qətlə yetirilməsi Dünya ictimaiyyətinin diqqətini nisbətən bu bölgəyə yönəltmişdir, lakin Rohinca  müsəlmanlarına bağlı yerli təşkilatlar hələ də köçkünlük, müvəqqəti kimlik əldə etmək və qaçqınlara qayğı göstərməyin ilkin mərhələsi ilə məşğuldurlar və təəssüflə qeyd etməliyik ki, öz mətbuatı və sosial-siyasi fəaliyyətləri olmadığı üçün bu etnik ayrıseçkiliyə qarşı güclü bir siyasi-ictimai hərəkat yarada bilməyiblər. 
 
Malaziyada Rohinca  qaçqınlarına bağlı təşkilatlar öz səylərini daha çox 85 mindən artıq müsəlman qaçqının bu ölkədə yerləşdirilməsinə, müvəqqəti kimliklərin verilməsinə və bu insanların yaşayışının təmin edilməsinə yönəldiblər və əgər bu proses belə yavaş və ləng davam edərsə, bu bölgədə daha faciəvi hadisələrin baş verməsini gözləməliyik. 
 
Cinsi zorakılıq və istismar
 
Myanmarda insan hüquqlarının aşkar pozulması ilə əlaqədar, 1978-ci ildən indiyədək Rohinca  əhalisinin təxminən 200 minədək əhalisi Banqladeşə köç ediblər. 1991-ci ildə 250 minədək yeni miqrant dalğası bu ölkəyə yola düşüblər. Təzxminən 20 min Rohinca lı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) banqladeşin Kaks bazar bölgəsində yerləşən sərhəd düşərgələrində yaşayırlar. Hüquq müdafiəçiləri hesab edirlər ki, bu xalq cinsi zorakılığa və istismara məruz qalıblar, onlardan bir çoxları icbari şəkildə ölkədən qovulublar və onlar əsasən Banqladeş sərhəddinə üz tutublar. 
 
Minlərlə Rohinca  əhalisi hər il iş tapmaq ümidi ilə köhnə qayıqlarla ölkə xaricinə yollanırlar, onların əksəriyyəti dəniz yolu ilə özlərini Banqladeş və Taylanda çatdırırlar və daha sonra Malaziyaya üz tuturlar. 
 
1962-ci ildə ölkə hərbi işğala məruz qaldıqdan sonra, bir çox insanlar öz vətəndaşlığından imtina etdilər ki, nəticədə Myanmarın özündə təqib və işkəncə edildilər. Belə bir vəziyyət onları son 50 ildə ucqar yerlərə səfər etməyə və çarəsiz sığınacaq və daha yaxşı həyat axtarmağa vadar edib. 
 
Onlar qaçqındırlar, qanuni vətəndaşlıqdan məhrumdurlar və onlardan bir çoxları Banqladeş, Pakistan, Ərəbistan, Tayland, Malaziya, İndoneziya və s. ölkələrə mühacirət etmək məcburiyyətində qalıblar. Onların öz məqsədlərinə çatmasına baxmayaraq, lakin hələdə yeni ərazilərdə böyük problemlərlə üzləşirlər, buna görə, Rohinca  xalqının acı taleyi böyük ayrıseçkilik, fərar etmək, insan alveri, yoxsulluq, həbs, qəsb və deportasiya kimi hallarla məhdudlaşıb. 
 
1970-ci ilin sonlarından Rohinca  əhalisinin Myanmardan Taylanda və digər qonşu ölkələrə köç etməsi onların vəziyyətini və qaçqın həyatlarını daha da mürəkkəbləşdirib. Myanmar höküməti Myanmar-Banqladeş sərhəddinə yaxın Şimali Arakan və ya Raxin əyalətində yaşayan Rohinca  müsəlmanlarının (1 milyonadək) istənilən hüquqlarının tanınmasını, o cümlədən onlara vətəndaşlıq hüququnun verilməsini rədd edir. 
 
Birmanın tarixində müstəqillikdən sonrakı dövr ərzində Rohinca nın ayrıca etnik kimlik verilməsi iddiası hakim demokratik Yono höküməti (1948-1958) tərəfindən tanınmışdır. 
 
Myanmarda 1982-ci ildə irəli sürülən və hal-hazırda tətbiq edilən vətəndaşlıq haqqında Qanun Raxin əyaləti sakinləri olan Rohinca  müsəlmanlarının hüquqlarının pozulmasına dair daha bir faktdır. Sözügedən qanuna əsasən, Rohinca  vətəndaşlığı Myanmarın hərbi rejimi tərəfindən rədd edildi və bu xalqın qaçqın düşməsinə səbəb olub. 
 
Bu ölkədə hərbi hökümət bir çox Rohinca  əhalisini son vaxtlar Banqladeşdən gələn miqrantlar kimi təqdim etdi. Halbuki, digər etnik qruplar, o cümlədən: Karn, Şan, Çin, Kaçin və Mun yaxşı təşkilatlanıblar- bu qruplar mərkəzi hökümətə qarşı mübarizə aparmaq, eləcədə öz icmalarına aid olan məsələləri Beynəlxalq birliklə əlaqələndirmək iqtidarındadırlar. 
 
Rohinca  isə əksinə, təşkilatlanmayıb və xalq öz Cəmiyyəti ilə əlaqə qurmaq üçün beynəlxalq şəbəkələrə və kanallara malik deyil. Beləliklə, Rohinca  xalqının problemi bir çox hallarda Beynəlxalq birlik tərəfindən qaldırılır. 
 
Radikalların Rohinca  müsəlmanlarına nüfuz etməsi 
Mötədil islam ölkələrinin bu bölgəyə diqqətsizliyi ucbatından bir sıra radikal meylli təşkilatlar dünyanın digər nöqtələrindəki müsəlmanların yaşadıqları qaynar bölgələrdə öz keçmiş təcrübələrini tətbiq etməklə Myanmar bölgəsində əlaqələr və kanallar tapmaq məqsədi güdürlər- belə bir halda, Rohinca  müsəlmanları öz dini adət-ənənələrini qoruyub saxlamayıblar. 
 
Sağ qalmaq uğrunda İslam adı ilə fəaliyyət göstərən müxtəlif radikal təşkilatlara müraciət etmək gələcəkdə Rohinca  müsəlmanlarını daha böyük təhlükələrlə qarşı-qarşıya qoya bilər, eyni zamanda Beynəlxalq ictimaiyyət də radikal yönümlü Myanmar müsəlman xalqlarını dəstəkləməkdən məyus olacaqlar. 
 
Rohinca  müsəlmanlarının İslam təşkilatları və cərəyanlarının dəstəyini cəlb etmək üçün təmin təşkilatlarla müxtəlif səviyyəli əlaqələrinin araşdırılması radikal hərəkətlərin təsirinin qarşısını almaq üçün mötədil İslam ölkələrində fəaliyyət göstərən müstəqil islam təşkilatlarının vəzifəsidir. 
 
Dünya ictimaiyyətini hələ də bir sual maraqlandırır ki, Budda tərəfdarları həmişə təkcə insanlarla yox, habelə bütün canlılarla sülh və əmin-amanlığın tərəfdarı olublar və nə üçün müasir dövrdə bəziləri irqçilik məqsədləri ilə Budaizmi müdafiə etmək adı ilə hər bir insanın vicdanını sızladan belə bir dəhşətli cinayətlər törədirlər. 
 
Bir çoxlarını başqa bir sual narahat edir ki, nə üçün Dünya ictimaiyyəti və Hüquq müdafiə təşkilatları bu məsələdə səssiz qalırlar. Bir sıra siyasi nəzəriyyəçilər hesab edirlər ki, Şərqi Asiyada müsəlman cəmiyyətlərinin məhv edilməsi və onların təcrid edilməsinə dair ümumi plan bölgədəki anti-islam siyasətçilərinin gələcək planlarına daxildir və onların məqsədi yalnız Rohinca  müsəlmanları ilə məhdudlaşmır. /
 
 

 

Google+ WhatsApp ok.ru