Ronaldo 14,7 mln. avro ödəməkdən imtina edib

Ronaldo 14,7 mln. avro ödəməkdən imtina edib

“Real” (Madrid) futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo  İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib.   
 
32 yaşlı futbolçu iyulun 31-də öz mövqeyini məhkəmə qarşısında izah etmək niyyətindədir.  Ronaldonun proseslə əlaqədar artıq “Baker & McKenzie” beynəlxalq hüquq şirkətinin iki vəkili ilə müqavilə bağladığı bildirilir.  
 
Qeyd edək ki, K.Ronaldo 2011-2014-cü illərdə İspaniyanın dövlət qurumlarına 14,7 mln. avro vergidən yayınmaqda şübhəli bilinir. (apa) /

Google+ WhatsApp ok.ru