Ronaldo ilin ən yaxşısı seçildi

Ronaldo ilin ən yaxşısı seçildi

-- 32 yaşlı Ronaldo 2016-cı ildə 24 qola imza atıb.

Portuqaliya millisinin və İspaniyanın “Real” Madrid klubunun hücumçusu Kriştiano Ronaldoya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) versiyası üzrə 2016-cı ilin ən yaxşı bombardiri mükafatı təqdim olunub.
 
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Real” Madrid klubunun rəsmi saytında yazılıb.
 
Statistika zamanı futbolçunun yığma və klubda yalnız beynəlxalq səviyyədə vurulan qolları hesablanır. 32 yaşlı Ronaldo 2016-cı ildə 24 qola imza atıb. O, bu qollardan 13-nü millinin, daha 11-ni isə “Real”ın heyətində vurub.
 
Portuqaliyalı ulduz bundan əvvəl 2013 və 2014-cü illərdə sözügedən mükafata sahib çıxıb.
 

Google+ WhatsApp ok.ru