Ronaldonun Yuventusa transferi Fiat zavodunun işçilərini hiddətləndirib - Tətil elan ediblər

Ronaldonun Yuventusa transferi Fiat zavodunun işçilərini hiddətləndirib - Tətil elan ediblər

Kristiano Ronaldonun Real Madriddən Yuventusa transferi italyanları sevindirib. Ancaq Yuventusun sahibi Andrea Agnellinin işçiləri bunu etirazla qarşıllayıblar.
 
Andrea Agnellinin sahibi olduğu Fiat zavodunda işləyən fəhlələr tətil elan ediblər. Onlar bildiriblər ki, illərdir zavodun işçilərinin maaşları artırılmır. Bunun müqabilində isə Ronaldoya 400 milyon avronun verilməsi onları hiddətləndirib. İtaliya mediasına görə həm Yuventusun, həm də Andreanın satın aldığı Ronaldoya ödəniləcək pul məbləği 340-400 milyon avro arasında olacaq. Bu pulun 30 milyon avrosu Fiatın kassasından çıxacaq. Elə Fiat zavodunun işçilərinin səbrini daşdıran da bu xəbər olub. 
 
Cənubda Melfi şəhərində olan Fiat zavodlarında bu transferə etiraz olaraq tətil elan ediblər. Həmkarlar ittifaqı bu barədə belə açıqlama verib: "İllərdir işçilərdən iqtisadi səviyyədə fədakarlıqlar tələb edən şirkətin bir futbolçu satın almaq milyonlarla avro satın alması qəbul edilməz. Sizcə bu ədalətlidir? Bir nəfər milyonlarla pul qazanarkən, minlərlə ailələrin maaşlarla ayı çıxarda bilməməsi ədalətlidir?"
 
Sizə sərvət, bizə safalət
 
"Fiat şirkəri sərvətini işçilərinə borcludur. Amma sahibləri var-dövlət içində ikən, işçilərinin qazandığı ancaq səfalətdir". (İslaminSesi )
 

Google+ WhatsApp ok.ru