Ruhani Hacı İlham Əliyevin məhkəməsi keçirilib

Ruhani Hacı İlham Əliyevin məhkəməsi keçirilib

 
Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 12-də  Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin məhkəməsi  başlanıb.
 
Maide.Az xəbər verir ki,Hakim Faiq Qəniyevin sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə yarım qapalı keçirilib. 
 
Vəkillər hazırlıq iclasında ruhani Hacı İlham Əliyev barəsində cinayət işinə xitam verilməsi və  onun ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıb. 
 
Vəsatətlər təmin olunmayıb. Növbəti məhkəmə baxışı noyabr ayının 19-u saat 10:30-a  təyin edilib.
 

Google+ WhatsApp ok.ru