Bakıda 4 tibb müəssisəni birləşdirən yeni mərkəz fəaliyyətə başlayıb

Bakıda 4 tibb müəssisəni birləşdirən yeni mərkəz fəaliyyətə başlayıb

 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının bazasında yaradılan Nizami Tibb Mərkəzi fəaliyyətə başlayıb.
 
Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub.
 
Beş mərtəbəli tibb müəssisəsi 74 çarpayılıqdır. Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar nevrologiya və reanimasiya şöbələri fəaliyyət göstərir.  
 
Qeyd edək ki, Nizami Tibb Mərkəzi özündə dörd tibb müəssisəsini birləşdirir. Bunlar 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 7 nömrəli Doğum Evi və “Azərsutikinti” Xəstəxanasıdır. Sözügedən tibb müəssisələrinin fəaliyyəti Nizami Tibb Mərkəzi tərəfindən həyata keçiriləcək.

Google+ WhatsApp ok.ru